01.01.19

Elektrik Naqillərində Qısaqapanma

Elektrik Naqillərində Qısaqapanma

Çox vaxt baş verən yanğın hadisələrinə səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir. Bəs, qısaqapanma nədir və yanğın hadisələrinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Qısaqapanmaya səbəb olan ən birinci amil elektrik naqillərinin nəzərdə tutulandan dəfələrlə artıq yüklənməsidir. Yanğın hadisələri daha çox böyük ticarət mərkəzlərində və bu kimi iri obyektlərdə baş verir. Havaların isti olması ilə əlaqədar sərinləşdirici elektrik avadanlıqlarından çox istifadə olunduğundan elektrik naqilləri həddindən artıq yüklənir. Bu da baş verə biləcək yanğın təlükəsini qaçılmaz edir .

Bəzən fərdi evlərin və ya bəzi yeni tikililərin inşası zamanı elektro-montaj işlərini qeyri-peşəkarlar həyata keçirir. Gərginlik birbaşa elektrik qidalandırıcısına, ordan isə işığın birləşdirici açarına ötürülür. Bu da yüklənməyə səbəb olan amillərdən daha biridir.

Kabellərin quraşdırılması zamanı bütün ehtimallar nəzərə alınmalıdır. Burda fizikaya aid müəyyən qanunauyğunluqlar var. Bu işi mütləq peşəkar insanlar həyata keçirməlidir. Bəlkə elektor-montaj işləri zamanı nəzərdə tutulan yüklənmənin limitindən evdə yaşayanlar məlumatsızdırlar. Bu halda gələcəkdə onlar eyni vaxtda bir neçə-elektrik sobası, kondisioner və ya başqa elektirk avadanlıqlarını işlək vəziyyətdə qoya və özləri də bilmədən yanğına səbəb ola bilərlər. Ona görə də peşəkarlarla işləmək lazımdır.

Çindən gələn keyfiyyətsiz malların da qısaqapanmaya səbəb olur. Bəzən maliyyə vəsaitinin az olması ucbatından tikinti zamanı hansısa məhsulun daha ucuz qiymətə alınmasına çalışan insanlar var. Amma elə avadanlıqlar var ki, hətta baha olsa belə, onların keyfiyyətli olması mütləqdir. Əks-halda bədbəxt hadislər ola bilər.